Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə bir araya gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindəki (KKTC) gənclərə mübarizədə hər zaman yanlarında olacaqlarını bildirib.

1678068
Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə bir araya gəlib
erdogan kktc gencler1.jpg
erdogan kktc gencler.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindəki (KKTC) gənclərə mübarizədə hər zaman yanlarında olacaqlarını bildirib.

Prezident Ərdoğan KKTC-yə rəsmi səfəri çərçivəsində Ləfkoşadakı Büyük Xanda gənclərlə görüşüb.

Ərdoğan çıxışında gənclərin Türkiyədə və KKTC-də hədəflərinə inam, bilik, qətiyyət, enerji və əzmlə çatacaqlarını bildirərək deyib: "Kıbrısda apardığınız hər mübarizədə dünən necə yanınızda olduğumuz kimi, bu gün də sizinlə olacağıq və sabah da sizinləyik. Eynilə böyük və güclü Türkiyə kimi güclü KKTC-nin inşasını da tamamlayacaqsınız" .

Türkiyənin Kıbrısda heç kəsin haqqında, hüququnda mülkündə, gələcəyində gözü olmadığını vurğulayan dövlət başçısı bunları söyləyib: "Biz yalnız öz hüquqlarımızı qorumaq, öz gələcəyimizi qurmaq üçün mübarizə aparırıq. Davamlı vədlərini pozanları, davamlı əməkdaşlıqdan yayınanları, davamlı ərköyünlük edənləri qoruyanlar axırda buradakı fəzilətli mövqeyi görəcək, qəbul edəcək və lazım olanı edəcəklər. O günə qədər hamımız hüquqlarımızı əldə etmək üçün yorulmadan çalışacağıq və mübarizə aparacağıq".

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindəki görüşlərini başa vuraraq iyulun 20-də axşam radələrində vətənə qayıdıb. 



Әlaqәli Xәbәrlәr