Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 iyul 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1678328
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 iyul 2021)
Bakı_10.jpg

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 108 nəfər müalicə olunaraq sağalıb, 225 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, infeksiyadan 4 nəfər həyatını itirib.

Hazırkı dövrədək ölkədə 339 min 62 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 537 nəfər müalicə olunaraq sağalıb, 4998 nəfər vəfat edib. Aktiv xəstə sayı 2527 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 935 min 913 test aparılıb. Bugünkü test sayı isə 6593-dür.

İyulun 21-də Azərbaycanda 15 min 25 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 573 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 398 min 900, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 597 min 118, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 801 min 782 nəfər təşkil edir.


Etiketlәr: #Azərbaycan

Әlaqәli Xәbәrlәr