Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 iyun)

Azərbaycanda son sutkada 26 nəfər COVID-19-dan sağalıb, 86 nəfər yoluxub.

1667679
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 iyun)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3749303 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 88 978 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 174 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.



Әlaqәli Xәbәrlәr