Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 iyun)

Azərbaycanda son sutkada 87 nəfər "Covid-19"a yoluxub.

1666991
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 iyun)

Azərbaycanda son sutkada 87 nəfər "Covid-19"a yoluxub, 70 nəfər sağalıb, 3 nəfər ölüb.

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330193 nəfər müalicə olunaraq sağalıb, 4973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7238, ötən müddət ərzində isə ümumilikdə 3740432 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 73206 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35185, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38021 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3422241, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2174186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1248055 təşkil edir.



Әlaqәli Xәbәrlәr