Vitse-prezident Fuad Oqtay Özbəkistana səfər edib

Vitse-prezident Fuad Oqtay və onu müşayiət edən nümayəndə heyəti Türkiyə-Özbəkistan Birgə İqtisadi Komissiyasının 6-cı iclası üçün Özbəkistana səfər edib.

1665573

F. Oqtay səfər zamanı iki ölkə arasındakı əlaqələri sürətləndirməyi hədəfləyən ticarət, sənaye, akkreditasiya, enerji nəqliyyatı, kənd və meşə təsərrüfatı, turizm sektorları ilə 40-dan çox sahəyə aid protokol imzalama mərasiminə qatılacaq.

Görüşdən əvvəl Özbəkistanda fəaliyyət göstərən Türk şirkətlərinin rəsmiləri ilə görüşəcəyi gözlənilən Oqtayın orada ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

F. Oqtay Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündən sonra şərəfinə veriləcək yeməyə qatılacaq.

Oqtay və onu müşaiyət edən heyət proqram çərçivəsində Buxara və Səmərqənd şəhərlərini də ziyarət edəcəklər.

Әlaqәli Xәbәrlәr