Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 iyun)

Azərbaycanda son sutkada 58 nəfər "Covid-19"dan sağalıb, 40 nəfər yoluxub, 1 nəfər vəfat edib.

1665585
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 iyun)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 836 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı 784 nəfərdir.

Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 728 712 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus  əleyhinə 54 695 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 574, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 121 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 138 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 209 743 təşkil edir.



Әlaqәli Xәbәrlәr