Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 iyun)

Azərbaycanda son sutkada 67 nəfər "Covid-19"dan sağalıb, 55 nəfər yoluxub, ölüm olmayıb.

1665240
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 iyun)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada "Covid-19"dan ölüm olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3722499 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 75081 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3293732, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2112110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 təşkil edir.



Әlaqәli Xәbәrlәr