Ersin Tatar: "Bərabərliyimizin qəbulu ilə ancaq rəsmi müzakirələrə başlana bilər"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Belçikanın paytaxtı Brüsseldə BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşəcək.

1664027
Ersin Tatar: "Bərabərliyimizin qəbulu ilə ancaq rəsmi müzakirələrə başlana bilər"

"Bərabərliyimizin qəbulu suveren bərabərlik əsasında və beynəlxalq bərabərlik statusunun təmin edilməsi ilə yalnız (Kıbrısda) rəsmi danışıqlara başlana və sonra vacib məsələlər müzakirə edilə bilər".

Bunu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Belçikanın paytaxtı Brüsseldə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşmək üçün ölkəsindən ayrılarkən verdiyi açıqlamada deyib. 

Tatar Quterreş ilə sabah səhər görüşəcəklərini qeyd edərək deyib ki, Kıbrısda bərabərlik əsasında bir razılaşma ola bilməsi üçün bərabərliyimizi qorumaq üçün ciddi mübarizə aparırıq. BMT-nin başçılığında 27-29 aprel tarixlərində Cenevrədə keçirilən qeyri-rəsmi Kıbrıs Konfransında irəli sürdüyüm 6 maddəlik təklifin ilk maddəsi Kıbrıs Türk xalqının suveren bərabərliyinin qəbul edilməsi və beynəlxalq bərabərlik statusunun təmin olunmasıdır.

Prezident seçilmədən əvvəl və sonra "Kıbrısda bərabərliyin təmin edilməsi halında rəsmi danışıqlara başlaya biləcəkləri" mesajını verdiyini vurğulayan Tatar bu siyasətin həyata keçirilməsində Türkiyənin də hərtərəfli dəstəyinə sahib olduqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr