Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 iyun)

Azərbaycanda son 24 saat ərzində 76 nəfər "Covid-19"dan sağalıb, 51 nəfər yoluxub, ölən olmayıb.

1664135
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 iyun)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada "Covid-19"dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 841 nəfərdir.

Ölkədə son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, ötən müddət ərzində isə ümumilikdə 3 706 051 test aparılıb.

Azərbaycanda son 24 saat ərzində koronavirus əleyhinə 66 010 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 111 796 təşkil edir.



Әlaqәli Xәbәrlәr