Azərbaycanda son 24 saat ərzində koronavirusdan həyatını itirən olmayıb (22 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 47 yeni yoluxma faktı qeydə alınıb.

1662775
Azərbaycanda son 24 saat ərzində koronavirusdan həyatını itirən olmayıb (22 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 111 nəfər müalicə olunaraq sağalıb, 47 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 335 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 710 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib. Aktiv xəstə sayı 895 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 690 min 224 test aparılıb. Bugünkü test sayı isə 9247-dir.

Qeyd edək ki, iyunun 22-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 42 min 843 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22 min 284,ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 20 min 559 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 32 min 516-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 971 min 930, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 60 min 586 nəfərdir.



Әlaqәli Xәbәrlәr