Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 iyun)

Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb.

1660770
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb, 60 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 335 min 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 339 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1099 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 661 min 27 test aparılıb. Bugünkü test sayı isə 7953-dür.

İyunun 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 76 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 302 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı isə 2 milyon 915 min 954-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 908 min 805, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 7 min 149 nəfərdir.



Әlaqәli Xәbәrlәr