Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 may)

Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb

1640233
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 may)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb, 472 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 329 min 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 min 900 nəfər müalicə olunaraq sağalıb, 4779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10164 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 384 min 53 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.



Әlaqәli Xәbәrlәr