Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 may)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1648420
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 may)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 141 nəfər yoluxub, 486 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 333 min 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 324 min 103 nəfər müalicə olunaraq sağalıb, 4907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4854 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 509 min 174 test aparılıb. Bugünkü test sayı isə 5535-dir.       

  Qeyd edək ki, mayın 30-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 44 min 735 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 8, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 4881 nəfər olub.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 414, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 min 321 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 2 milyon 252 min 809-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 778, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 31 nəfərdir.



Әlaqәli Xәbәrlәr