Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Aprelin 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

1627774

Nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu deyib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

Bir əsr bundan öncə baş verən hadisələr yanlış təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu Çavuşoğlunun diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.

Әlaqәli Xәbәrlәr