Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 aprel)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb

1624979
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 aprel)

 

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib, aktiv xəstə sayı 32170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, ötən müddət ərzində isə ümumilikdə 3 128 656 test aparılıb.



Әlaqәli Xәbәrlәr