Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1620456
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 aprel)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2002 nəfər müalicə olunaraq sağalıb, 2457 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 289 min 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 253 min 762 nəfər müalicə olunaraq sağalıb, 3978 nəfər vəfat edib. Aktiv xəstə sayı 31861 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 40 min 386 test aparılıb. Bugünkü test sayı isə 14254-dür.

Bu arada, Azərbaycanda son 24 saat ərzində koronavirus əleyhinə 34976 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6199 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1212163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097 təşkil edir. 



Әlaqәli Xәbәrlәr