İlham Әliyev Azәrbaycanın koronavirusa qarşı apardığı mübarizәdәn danışıb

Azәrbaycan prezidenti İlham Әliyev bәzi ölkәlәrin ehtiyacı olduğundan dәfәlәrlә çox peyvәnd tәdarük etdiyini bildirәrәk qeyd edib ki, peyvәndlәrin әdalәtsiz paylanması bizi dәrindәn narahat edir.

1616107
İlham Әliyev Azәrbaycanın koronavirusa qarşı apardığı mübarizәdәn danışıb

Azәrbaycan prezidenti İlham Әliyev bәzi ölkәlәrin ehtiyacı olduğundan dәfәlәrlә çox peyvәnd tәdarük etdiyini bildirәrәk qeyd edib ki, peyvәndlәrin әdalәtsiz paylanması bizi dәrindәn narahat edir.

Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın rәhbәri  Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub.

İlham Әliyev vurğulayıb ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Azәrbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik
Azәbaycan prezidenti builki  Ümumdünya Sağlamlıq Gününün daha әdalәtli vә daha sağlam dünyanın qurulması mövzusuna hәsr olunduğunu vurğulayaraq bildirib ki, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək. Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

Ümumdünya Sәhiyyә Tәşkilatının rәhbәri Tedros Adhanom Qebriyesus da  prezident İlham Әliyevin Covid-19 peyvәndi ilә bağlı fikirlәri ilә razı olduğunu ifadә edәrәk Azәrbaycan prezidentinә tәşәkkür edib.



Әlaqәli Xәbәrlәr