İlham Әliyev Selçuq Bayraktarı ‘‘Qarabağ’’ ordeni ilә tәltif edib

Azәrbaycan prezidenti İlham Әliyev ‘‘Bayraktar’’ şirkәtinin texniki direktoru Selçuk Bayraktarı ‘‘Qarabağ’’ ordeni ilә tәltif edib.

1612976
İlham Әliyev Selçuq Bayraktarı ‘‘Qarabağ’’ ordeni ilә tәltif edib

Azәrbaycan prezidenti İlham Әliyev ‘‘Bayraktar’’ şirkәtinin texniki direktoru Selçuk Bayraktarı ‘‘Qarabağ’’ ordeni ilә tәltif edib.

İlham Әliyev görüşlәr keçirmәk üçün Bakıya sәfәr edәn Selçuq Bayraktar ilә ASELSAN şirkətinin idarә heyәtinin rәhbәri vә Baş direktoru Haluk Görgünü qәbul edib.

Görüşdә müdafiә sahәsindә әmәkdaşlıq, pilotsuz uçuş aparatları vә texnologiya sahәsindәki yeniliklәr müzakirә olunub.Görüşdәn sonra Azәrbaycan prezidenti  İlham Әliyev Selçuq Bayraktarı ‘‘Qarabağ’’ ordeni ilә tәltif edib.

Qeyd edәk ki, ‘‘Bayraktar’’ şirkәtinin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatları Dağlıq Qarabağın işğaldan azad edilmәsindә önәmli rol oynayıb.

Selçuq Bayraktar rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda bu ifadәlәrә yer verib: ‘‘Atam Özdemir Bayraktar vә qardaşım Haluk Bayraktar ilә birlikdә Azәrbaycan prezidenti İlham Әliyev tәrәfindәn ‘‘Qarabağ’’ ordeninә layiq görülmәkdәn qürur hissi keçirdik. Bir millәt, iki dövlәtin birgə  gәlәcәyi üçün işlәmәyә davam edәcәyik’’.



Әlaqәli Xәbәrlәr