Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 mart)

Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb.

1597377
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 mart)

Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son saat ərzində 6 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 min 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 min 789 nəfər müalicə olunaraq sağalıb, 3 min 247 nəfər vəfat edib. Hazırda 3 min 927 aktiv xəstə var.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 624, bu günə qədər isə ümumilikdə 2 milyon 657 min 999 test icra olunub.



Әlaqәli Xәbәrlәr