Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 mart)

Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb.

1594285
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 mart)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 161 nəfər müalicə olunaraq sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 235 min 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 143 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib. Aktiv xəstə sayı 2960 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 618 min 808 test aparılıb. Bugünkü test sayı isə 7928-dir.



Әlaqәli Xәbәrlәr