İlham Әliyev: ‘‘Ermәnistanda hәr gün böhran yaşanır’’

Azәrbaycan prezidenti İlham Әliyev Ermәnistanın heç vaxt bu cür acınacaqlı vәziyyәtdә olmadığını deyib.

1590797
İlham Әliyev: ‘‘Ermәnistanda hәr gün böhran yaşanır’’

Azәrbaycan prezidenti İlham Әliyev Ermәnistanın heç vaxt bu cür acınacaqlı vәziyyәtdә olmadığını deyib.

Bu  sözlәri Azәrbaycan prezidenti İlham Әliyev şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

İlham Әliyev deyib ki,Ermәnistanda hәr gün böhran yaşanır,həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub.

Azәrbaycan prezidenti deyib: “Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Bir-birlәrini ittiham edirlәr. Hər zaman xarici nümayəndələr bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. İndi biz görürük haradadır bu milli birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar. Bizә demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir vasitə idi. Biz bu məkrli siyasəti alt-üst etdik və ədaləti bərpa etdik’’.



Әlaqәli Xәbәrlәr