Bişkekdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib

Fevralın 24-də Bişkek şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

1590087
Bişkekdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib
hocali katliami kirgizistan anma1.jpg
hocali katliami kirgizistan anma.jpg

Fevralın 24-də Bişkek şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Qırğızıstandakı Səfirliyi tərəfindən təşkil edilən tədbirdən əvvəl Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalı soyqırımı haqqında “Xocalıya ədalət” adlı sənədli film nümayiş edilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xocalı şəhidlərinin ruhuna “Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Xocalı soyqırımının dəhşətlərini, onun ağır nəticələrini, fəlakət nəticəsində Azərbaycan xalqına vurulan maddi və mənəvi zərərləri barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırıb. 

Orucov söyləyib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu "Dəmir yumruq" əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi təxminən 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Orucov Azərbaycanın Dağlıq Qarabağdakı torpaqlarının işğaldan azad olunmasından əvvəl və müharibə zamanı Türkiyənin mənəvi, siyasi və diplomatik olaraq dəstək verdiyinə işarə edərək, Türkiyə sadəcə Azərbaycana dəstək olmadı, Türkiyə "ədaləti" dəstəklədi. Biz də bunun üçün qardaş Türkiyəyə çox təşəkkür edirik. Ayrıca bizə dəstəyini əsirgəməyən digər ölkələrə də minnətdarıq" deyib. 

Xocalıda müdafiəsiz insanların qətlə yetirildiyini bildirən Türkiyənin Bişkek sfiri Çingiz Kamil Fırat isə, "Rəşadətli Azrbaycan ordusu Dağlıq Qarabağı azad etmişdir. Artıq Qarabağ torpaqları azaddır. Qarşımızda bərba işləri qalıb. Türkiyə bərpa işlərində Azərbaycana dəstək olacaq" deyə bildirib. 



Әlaqәli Xәbәrlәr