Azәrbaycan Baş naziri Әli Әsәdov Türkiyәyә işgüzar sәfәr edәcәk

Azərbaycan Baş naziri Əli Əsədovun rәhbәrlik etdiyi nümayәndә heyәti Türkiyә-Azәrbaycan İqtisadi Әmәkdaşlıq üzrә Komissiyasının iclası çәrçivәsindә Türkiyəyə işgüzar səfər edəcək.

1585372

Mәlumata görә, səfər Türkiyə prezidentinin kömәkçisi  Fuad  Oqtayın dəvəti əsasında baş tutacaq.

Әli Әsәdov səfər çərçivəsində sabah Türkiyə prezidentinin kömәkçisi  Fuad  Oqtayla görüşәcәk  daha sonra isә Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tәrәfindәn qәbul edilәcәk.

Fuad Oktay və Əli Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın iclası çərçivəsində Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə keçiriləcək və hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edәcәyi  Türkiyə-Azərbaycan Biznes  Forumunun ümumi iclasında iştirak edəcəklər.

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın iclası isə fevralın 19-da Fuad Oktay və Əli Əsədovun iştirakı ilә keçiriləcək.

Türkiyə prezidentinin kömәkçisi və Azərbaycan Baş nazirinin təkbətək və geniş tərkibdə görüşləri olacaq, bundan sonra iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq.

İctimai və özəl sektor sahəsində ticarət müqavilәlәrinin  əhatəsinin 100 milyon dollardan çox olması gözlənilir.

Әlaqәli Xәbәrlәr