Amerikada 26 fevral Azərbaycan günü elan edildi

ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan - Xocalı günü elan edib

1584615
Amerikada 26 fevral Azərbaycan günü elan edildi

 

  Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan - Xocalı günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

  Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda Minnesotada yaşayan azərbaycanlıların ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdə olduqları qeyd edilir.

  Bəyanat Azərbaycanla bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.

  Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr