Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında telefon danışığı olub

Milli Müdafiə naziri Hulusi Akar  ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı baş tutub.arasında telefon danışığı baş tutub.

1573927

İki qardaş ölkənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.

Hulusi Akar görüşdən sonra verdiyi bəyanatda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi apardıqlarını deyib.

Nazir Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib: "Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq".

Akar bir millət iki dövlət anlayışı ilə bu günə qədər Azərbaycanlı qardaşları ilə birlikdə olduqlarını, bundan sonra da olmağa davam edəcəklərini vurğulayıb. 

Әlaqәli Xәbәrlәr