Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 yanvar)

Azərbaycanda koronavirusdan 407 nəfər sağalıb, 131 yeni yoluxma faktı qeydə alınıb

1574181
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 yanvar)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 407 nəfər müalicə olunaraq sağalıb, 131 yeni yoluxma faktı qeydə alınıb. Götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 230 min 66 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 222 min 960 nəfər müalicə olunaraq sağalıb, 3126 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 980 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 401 min 720 test aparılıb. Bugünkü test sayı isə 7 min 244-dür.



Әlaqәli Xәbәrlәr