Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib

Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

1571826
Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

Qabonun paytaxtı Librevildən bu gün səhər radələrində Türk Hava Yolları ilə İstanbula gətirilən İsmayılovun cənazəsi sonra Bakıya yola salınıb. 

1976-cı il təvəllüdlü Fərman İsmayılov bu gün Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa dəfn olunacağı bildirilib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Mozart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.



Әlaqәli Xәbәrlәr