Fərman İsmayılovun cənazəsi Qabonun paytaxtı Librevilə gətirilib

“Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Qabonun paytaxtı Librevilə gətirilib.

1571595
Fərman İsmayılovun cənazəsi Qabonun paytaxtı Librevilə gətirilib

Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Qabonun paytaxtı Librevilə gətirilib.  

Bu barədə Türkiyə Səfirliyinin Librevil  Səfirliyi "Twitter" hesabında paylaşım edib. 

"Azərbaycanlı qardaşımızın cənazəsi  Qabon Prezident Aparatının ayırdığı xüsusi təyyarə ilə Port-Jantildən paytaxta şəhərə gətirilib. Səfir Nilüfer Erdem Kaygısız da eyni təyyarədə olub" ifadəsi yer alıb.

Paylaşımda səfir Kaygısızın hadisə baş verdiyi andan göstərdiyi əməkdaşlıq və həmrəyliyə görə Qabon rəhbərliyinə təşəkkür etdiyi də qeyd edildi.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Mozart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Bu arada, Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr