XİN: Plana görə Fərman İsmayılovun nəşi yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınacaq

Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin Azərbaycana aparılması üçün müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

1569924
XİN: Plana görə Fərman İsmayılovun nəşi yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınacaq

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: "Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26  yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır".

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.



Әlaqәli Xәbәrlәr