20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

1567399
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban da Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.



Әlaqәli Xәbәrlәr