Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü başlayıb

Rusiyanın paytaxtı Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

1561359

Rusiyanın təşəbbüsü ilə baş tutan görüşdə tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə  2020-ci ilin noyabr ayında imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

Vladimir Putinin üçtərəfli görüşdən sonra İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirəcəyi bildirilir. 

Әlaqәli Xәbәrlәr