"Gəlir səviyyəsi aşağı və orta olan ölkələrin əksəriyyətində vaksinlə bağlı ciddi problem yaranır"

ÜST hazırda dünyada təhlükəsiz və səmərəli preparatlardan istifadə etməklə peyvəndləmə kampaniyalarına cəmi 42 ölkə başladığını, bu ölkələrin 36-sında gəlirlərin yüksək səviyyədə, 6 ölkədə orta səviyyədə olduğunu bildirib.

1560335
"Gəlir səviyyəsi aşağı və orta olan ölkələrin əksəriyyətində vaksinlə bağlı ciddi problem yaranır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Qebreyesus hazırda dünyada təhlükəsiz və səmərəli preparatlardan istifadə etməklə peyvəndləmə kampaniyalarına cəmi 42 ölkə başladığını, bu ölkələrin 36-sında gəlirlərin yüksək səviyyədə, 6 ölkədə orta səviyyədə olduğunu bildirib. 

Qebreyesus "Covid-19" virusu əleyhinə vaksin istehsalçılarını öz məhsullarını, ilk növbədə COVAX layihəsi - peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünə yönəlmiş beynəlxalq əməkdaşlıq proqramı - vasitəsilə yaymağa çağırıb.

ÜST-nin Baş direktoru doktor Tedros Qebreyesus bu fikri brifinqdə səsləndirib. O bildirib ki, ÜST əvvəlcə vəd edilmiş 2 milyard doza vaksini COVAX proqramı vasitəsilə ala bilmir. Çünki varlı ölkələr istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayır və vaksinləri topdansatış qaydasında alırlar.

O deyib: “Göründüyü kimi, orta gəlirli ölkələrin çoxunda hələ vaksin yoxdur, gəlir səviyyəsi aşağı olan ölkələrin əksəriyyətində isə vaksinlə bağlı ciddi problem yaranır".

Doktor Tedrosun sözlərinə görə, pandemiyaya qarşı mübarizə üçün qəbul edilmiş qaydaların pozulması bəzi adamlar üçün adət halı alır, sonra isə başqaları da ondan nümunə götürür və sonda cəmiyyətin infeksiyadan qorunması sistemi pozulur. ÜST rəhbəri daha sonra deyib: “Hər kəs bunu anlamalıdır ki, o da virusu dayandıra bilər. ÜST, ilk növbədə, sizinlə eyni mənzildə yaşamayan insanlarla, xüsusən qapalı məkanlarda görüşməməyi tövsiyə edir”.



Әlaqәli Xәbәrlәr