Ermənistan yeni atəşkəs rejimini yenə kobud surətdə pozub

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

1515706
Ermənistan yeni atəşkəs rejimini yenə kobud surətdə pozub

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və rayonun kəndlərini də artilleriya atəşinə tutub.

"Ermənistan baş naziri növbəti dəfə yalan danışır. Saat 08:04-dən bəri Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri 08:05-dən etibarən bizim qüvvələrimizə toplardan və minaatanlardan atəşə tutur".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsindəki paylaşımında qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi də bildirib ki, səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.



Әlaqәli Xәbәrlәr