Türkiyə mətbuatı: 10 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2137789
Türkiyə mətbuatı: 10 may 2024

''Star'': Ərdoğandan Avropa Günü münasibətilə paylaşım edib
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Günü münasibətilə paylaşım edib. Ərdoğan paylaşımında ​​Avropa İttifaqının yürütdüyü siyasətlərə diqqət çəkərək deyib:  ''Ölkəmizə qarşı yürüdülən təcrid siyasətlərinə qarşı Türkiyə malik olduğu strateji imkanlardan istifadə etməkdən və inkişaf etdirməkdən çəkinməyəcək”. 

''Haber Türk'': Rəcəb Tayyib Ərdoğan: ''Braziliyanın Fələstinə münasibəti təqdirəlayiqdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya prezidenti Lula ilə telefon əlaqəsi saxlayıb. Rəcəb Tayyib Ərdoğan Braziliyanın İsrailin Fələstin torpaqlarında törətdiyi vəhşiliyə qarşı münasibətinin təqdirəlayiq olduğunu bildirib.

''Yeni Şafak'': Türkiyə İsraillə ticarət məsələsində verdiyi qərarın arxasındadır
Ticarət naziri Ömər Bolat İsrailin xarici işlər naziri Yisrael Katzın ''Türkiyə ixrac məhdudiyyətini aradan qaldırdı' şəklindəki bəyanatına münasibət bildirib.
Ömər Bolat deyib: “İsrail xarici işlər nazirinin açıqlamaları həqiqəti əks etdirmir. Biz İsraillə ticarət məsələsində verdiyimiz qərarın arxasındayıq''.

''Hürriyet'': Türkiyənin boykot qərarı İsrailin gündəmindədir

İsrail mətbuat orqanlarının yaydığı xəbərlərdə  Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarının çox ani olduğu və bunun yaşayış xərclərini artıracağı bildirilib. Rəqəmsal təchizat zəncirinin baş direktoru Elad Barşan deyib: "Bu qərar təchizat zəncirimizə zərbə endirdi''.

''Sabah'': Türk Hava Yollarının (THY) sərnişin sayı 25 milyonu keçdi

2023-cü ilin yanvar-aprel aylarında 23,6 milyon olan THY-nin ümumi sərnişin sayı bu ilin eyni dövründə 8 faiz artaraq 25,5 milyona çatıb.



Әlaqәli Xәbәrlәr