Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu keçirildi
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki ...
Mayın 8-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz biznes forumun açılışında iştirak və çıxış ediblər.
Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.
Biznes forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Әlaqәli Xәbәrlәr
Türkiyənin Afrika ölkələrinə ixracatı 2024-cü ilin ilk 4 ayında
Türkiyə İxracatçılar Məclisinin (TİM) ümumi məlumatına görə ...